BolgeXeber.Com » Ölkə » BDU-nun tələbəsi intihar etdi

BDU-nun tələbəsi intihar etdi

19-04-2024, 10:25
Oxunub: 464
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.
 
Bolgə.TV xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.
 
Onun meyiti eyvanda asılı halda aşkar edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
 
***
 
Bakı Dövlət Universiteti Ramil Nəsirovun vəfatı ilə bağlı məlumat yayıb.
 
Universitetdən bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub: “2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.