BolgeXeber.Com » Ölkə » Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

24-04-2024, 09:23
Oxunub: 392
Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb.

Bu barədə Bolgə.TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax, Qrız, Ağsu, Şamaxı, Qobustan, Şahbuz, Bakıda və Abşeron yarımadasında 3 mm-dək olub.
Aprelin 23-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 27, Aran rayonlarında 31, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti olub.