BolgeXeber.Com » Ölkə » Bakıda it dişləyən azyaşlı qızın SON VƏZİYYƏTİ AÇIQLANIB

Bakıda it dişləyən azyaşlı qızın SON VƏZİYYƏTİ AÇIQLANIB

15-05-2024, 11:22
Oxunub: 2 768
Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir.

Bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.
O, bildirib ki, azyaşlının müalicələri davam etdirilir.
Yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.