Küləkli hava şəraiti gün ərzində davam edəcək
27-05-2024, 12:55
Oxunub: 1 688
Saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.
Bu barədə Bolgə.TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.
Qeyd eədk ki, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.