BolgeXeber.Com » Ölkə » Zakir Həsənov bu generala yüksək vəzifə verdi

Zakir Həsənov bu generala yüksək vəzifə verdi

4-06-2024, 12:26
Oxunub: 2 072
Xüsusi Təyinatlı Qüvvələrə yeni komandan vəzifəsinə icraçı təyin edilib.

Bolgə.TV xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib. Bu təyinatadək A.Pirverdiyev XTQ komandanın Maddi Texniki Təminat üzrə müavini olub.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin daha öncəki komandanı general-leytenant Hikmət Mirzəyev bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.