Aran rayonlarında 39 dərəcə isti - FAKTİKİ HAVA
7-06-2024, 09:36
Oxunub: 1 848
İyunun 7-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Bu barədə Bolgə.TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.