BolgeXeber.Com » Ölkə » Vətən müharibəsi iştirakçısı imtahanda yüksəl bal topladı

Vətən müharibəsi iştirakçısı imtahanda yüksəl bal topladı

22-06-2024, 12:42
Oxunub: 2 128
Vətən müharibəsi iştirakçısı Təbriz Nurəddinli müəllimlərin sertifikasiyası imtahanında 59 bal toplayıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Təbriz Nurəddinli "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Laçının azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.