BolgeXeber.Com » Ölkə » Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

22-06-2024, 14:22
Oxunub: 2 512
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.
Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.