Metronun "Nizami" stansiyasında problem
3-09-2024, 17:39
Oxunub: 2 352
"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bolgə.TV xəbər verir ki, bu barədə Metropoliten QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib
Nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb.