Deputatlarımız gələn ay İrəvana gedəcək?
30-11-2024, 14:43
Oxunub: 1 272
İrəvanda dekabrın 10-12-si arası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası keçiriləcək.
Bolgə.TV xəbər verir ki, Ermənistana tədbirdə iştirak üçün 10-dan çox ölkədən nümayəndənin gələcəyi gözlənilir.
“Hraparak” qəzeti isə yazır ki, Ermənistana həmçinin Türkiyədən də nümayəndələr gələ bilər. Bununla belə Azərbaycan tərəfinin hələlik görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Qəzet həmçinin iki ölkə arasında danışıqları “boş şey” adlandırıb, amma bunu nəyə əsaslanaraq yazdığını açıqlamayıb.
Qeyd edək ki, hazırda təşkilata Ermənistan sədrlik edir.