FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib
3-12-2024, 10:29
Oxunub: 1 240
Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.
Bu barədə Bolgə.TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub", - məlumatda qeyd olunub.
Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.