Nazir istismar müddəti başa çatmış məktəblərdən DANIŞDI
12-12-2024, 12:33
Oxunub: 1 120
"Azərbaycanda 4400-ə qədər məktəb binası var".
Bolgə.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, istismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir:
"Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda, azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir”.