BolgeXeber.Com » Ölkə » Bakıda iki qardaş bıçaqlandı

Bakıda iki qardaş bıçaqlandı

4-06-2025, 10:15
Oxunub: 640
Bakıda iki qardaş bıçaqlanıb.
Bolgə.tv xəbər verir ki, 1989-cu il təvəllüdlü Amil Qorxmaz oğlu Tağıvev Binəqədi rayonu 28 May qəsəbəsində mübahisə zamanı bıçaqla 1987-ci il təvəllüdlü Şahin Samil oğlu Mehtiyevə və onun qardaşı 1986-cı il təvəllüdlü Tofiq Mehtiyevə bədən xəsarəti yetirib.
Nəticədə hər iki xəsarət alan qardaş Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.