BolgeXeber.Com » Mədəniyyət » Bu gün görkəmli aktyor Səyavuş Aslanın yubileyidir-VİDEO

Bu gün görkəmli aktyor Səyavuş Aslanın yubileyidir-VİDEO

5-09-2015, 11:19
Oxunub: 1 261 Bu gün görkəmli aktyor Səyavuş Aslanın yubileyidir-VİDEOSənətkarın dünyaya gəlməsindən 80 il ötür

Bu gün tanınmış teatr və kino aktyoru, “Şərəf” ordenli, xalq artisti Səyavuş Aslanın doğum günü, yubileyidir.

Bolgexeber.com xəbər verir ki, Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb.

1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olub və bir çox rəngarəng obrazlar yaradıb.

Xalq artistinin “Kəndimizin mahnısı”, “Özümüz bilərik”, “Altı qızın biri Pəri”, “Ulduz” kimi tamaşalardakı və filmlərdəki obrazları yaddaşlara həkk olunub.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

Xalq artisti ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.