Azərbaycanlı rəssamın əsəri 427 minə satıldı - FOTO
4-12-2015, 20:08
Oxunub: 6 315
Dekabrın 1-də Londonda Sotheby`s hərrac evində Rusiya incəsənətinin üç əsrini əhatə edən əsərlərin satışı həyata keçirilib
Bolgexeber.com buro247.az-a istinadla məlumatına görə, hərracda SSRİ xalq rəssamı, Rusiyanın rəssamlıq akademiyasının vitse-prezidenti Tahir Salahovun `Aydan` əsəri 269 min funt sterlinqə (427 198 AZN) satılıb. Təqdim edilən variant xüsusi olaraq Tahir Salahovun 1980-ci ildə Tokioda “Gekkosso” qalereyasında şəxsi sərgisi üçün çəkilib.
Portretin 1967-ci ildə çəkilən digər variantı Dövlət Tretyakov qalereyasında saxlanılır. Sotheby`s rəsmilərinin sözlərinə görə, “Aydan” əsəri Sovet uşaqlığının ən gözəl təsviridir.
Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər