“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun təsis toplantısı keçirilib
11-02-2016, 16:58
Oxunub: 5 485
Hacıqabul rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun təsis toplantısı və fəaliyyət istiqamətləri haqqında tədbir keçirilib
Fevralın 11-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Hacıqabul rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun təsis toplantısı və fəaliyyət istiqamətləri haqqında tədbir keşirildi.Tədbirdə gənc mədəniyyət işçiləri və rayonun bütün sahələrində çalışan aktiv gəncləri iştirak etdi.
Tədbirdən öndə Heydər Əliyev Mərkəzində rayonun gözəl əl qabiliyyəti olan gənclərinin rəsm və əl işlərinin sərgisinə tamaşa edildi.Sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi.Tədbiri giriş sözü ilə Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmrəslanov açdı və geniş məruzə ilə çıxış etdi.Gəncləri daha aktiv, yaradıcı olmağa, bu qrupda daha sıx birləşməyə, yeni ideyaları, fikirləri ortaya qoymağa çağırdı.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun yaranması və mahiyyəti” , Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov “Rayon gənclərinin təşkilatlanması”, “Hacıqabul” qəzetinin əməkdaşı Səadət Kərimova “Gənclərin fəaliyyətinin mətbuat orqanlarında işıqlandırılması”, Gənclər və İdman idarəsinin əməkdaşı Xalid Rəcəbli “Gənclərin Qeyri hökumət təşkilatlarında rolu” mövzusunda çıxış etdi.
Çıxışlardan sonra hazırlanan tədbirlər planı müzakirə olundu.Tədbir iştirakçıları tərəfindən anket-sorgular dolduruldu və sonda Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısında Xatirə şəkili çəkdirildi.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər