BolgeXeber.Com » Mədəniyyət » Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

15-08-2016, 13:45
Oxunub: 5 159 Dollar sabit qaldı, avro isə bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi sabit qalaraq 1,6102 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,17% möhkəmlənərək 1,7967 manat olub.

Qonşu Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0249 manata enib.

Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5439 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0804 manatdır. Beləliklə, funt sterlinq 0,37%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,39% azalaraq 0,6851 manat təşkil edib.
Dollar sabit qaldı, avro isə bahalaşdı