Aşıqlardan Aqşin Yeniseyə cavab: - “Boynunu yerə soxum”
20-04-2017, 16:41
Oxunub: 6 519
“Bu başdan-ayağa aşıq poeziyasına, Aşıq Ələsgərə qərəzli münasibətdir"
Bunu AzNews.az-a açıqlamasında Elxan Məmmədli Aqşin Yeniyesin “Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər gəlir” fikirini şərh edərkən bildirib. Elxan Məmmədli iddia edib ki, Aqşin Yenisey Aşıq Ələsgəri tanımır.
Bu Ələsgərin mahiyyətini anlamamaqdır. O nə deməkdir? Nəyi məhv edib? Yerindən duran mənəvi irsimizə, fəxr elədiyimiz aşıq poeziyasına ləkə vurur. Ələsgər müqəddəs varlıqdır. Ələsgərin hər bir sözü başdan-ayağa müdrüklükdür. Ayıbdır. Ələsgər hər şeydən əlavə bir kişi idi, o, bir gözəli vəsf edə bilməzdi? Ağzına gələni deyib. Onun bütün yaradıcılığını yerə vurmaq olar? Boynunu yerə soxum sənin. Ələsgər müqəddəsdir, onun ruhu tutar səni.
Aşıq Əhliman Aqşin Yeniseyin tamamilə səhv fikirdə olduğunu vurğulayıb:
Aqşinlə görüşmək istəyirəm. Aşıq Ələsgər Peyğımbərlər sırasında olan şəxs olub. O, elə belə insan olmayıb, Dədə Qorqud səviyyəsində. Aşıq Ələsgər möcüzə olub. İnsanların hamısı sinəsinə vurur ki, ondan yaxşı şair yoxdur.
Gənc şair Aqşin Yenisey “teleqraf”-a verdiyi müsahibəsi zamanı Azərbaycan aşıq sənətinin dahilərindən biri Aşıq Ələsgəri tənqid edib. O, bildirib ki, Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər dayanır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər