Türkiyənin məşhur aktyoru-“Mahmut hoca” vəfat etdi
5-01-2018, 14:35
Oxunub: 7 207
Türkiyənin məşhur kino aktyoru Münir Özkul 93 yaşında vəfat edib
Modern.az saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Münir Özkul bir neçə il idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
M.Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy məhəlləsində anadan olub. Karyerası boyunca yüzlərlə filmə çəkilib.1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirilib. Əsl şöhrəti isə ona “Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirib.
Münir Özkul xüsusən “Nəşəli günlər”, “Mavi Muncuq “Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sinifi trilogiyasındakı “Mahmud hoca” obrazı ilə milyonların qəlbində taxt qurmağı bacardı. Bu onun aktyorluq zirvəsi idi.
Hər nə qədər zəngin və gözəl kino karyerası olsa da, Münirin həyatı bir o qədər gözəl keçməyib. Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib.
Aktyor düz 4 dəfə evli olub və 3 uşaq atasıdı. Sonuncu evliliyi 27 il əvvəl Ümman xanımla baş tutub. Türkiyədə tanınmış aktrisa və prodüsser Günər Özqul onun qızıdır.
Hazırda Demans xəstəliyi ilə (məntiqin itməsi) yaşayırdı və 2003-cü ildən bu günə kimi evindən bayıra çıxmırdı. Öz ailəsindən, həkimlərdən başqa yanına heç kim buraxılmırdı.
Aktyor xəstəliyi ilə əlaqədar hələ də Kamal Sunalın, Adilə Naşitin və bir çox dünyasını dəyişmiş sənət yoldaşlarının sağ olduğunu zənn edir və gerçəklə yalanı qarışdırırdı.
Türkiyənin xalq sənətçisi, “Qızıl portağal” və onlarla fəxri ad və mükafatlara sahibidir.
Allah rəhmət eləsin…






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər