BolgeXeber.Com » Mədəniyyət » Bərdə Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Günü ilə bağlı tədbirlər təşkil edib

Bərdə Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Günü ilə bağlı tədbirlər təşkil edib

28-09-2018, 14:50
Oxunub: 5 905 Bərdə Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Günü ilə bağlı tədbirlər təşkil edibBu gün artıq 39 ildir ki, 27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur

Hazırda turizm dünya iqtisadiyyatının, eləcə də ölkəmizin iqtisadiyyatının əsas prioritet inkişaf istiqamətlərindəndir.

2016-cı ildə cənab Prezident İlham Əliyevin qərarı ilə 27 sentyabr “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi dövlət tərəfindən bu sahəyə ayrılan diqqətin bariz göstəricisidir.

Turizm cəmiyyətin bütün sahələrinə təsir etmək gücünə malik olan iqtisadiyyatın ən unikal sahələrindən biridir. Məhz bu səbəbdən turizmin inkişafı prosesində nəinki turizm sahəsinin təmsilçiləri, həmçinin cəmiyyətinin bütün üzvləri iştirak edirlər.

27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Belə tədbirlərdən biridə Bərdə Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil olunub.

Bərdə Turizm Informasiya Mərkəzi Turizmin inkişafı istiqamətdə mütəmadi olaraq tədbirlər təşkil edir. Turistlərin mədəni istirahətlərini səmərəli şəkildə təşkil edən idarə istirahət və əyləncə parklarında, meydanlarda müxtəlif tipli əyləncəli proqramları həyata keçirir.

Bərdə şəhərində 27 sentyabr – “Ümumdünya Turizm Günü” geniş şəkildə qeyd edilib. Heydər Əliyev adına park-bulvar kompleksində, Tərtər çayı üzərindəki qədim körpünün yaxınlığında təşkil olunan tədbirdə şəhər əhalisi, o cümlədən rayona təşrif buyurmuş turistlər iştirak edib.

Tədbirdə çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov qeyd edib ki, : - “Son illər Azərbaycanın regionlarına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bu da öz növbəsində turizmin inkişafına, bu sahədə zəruri infrastrukturun yaradılmasına şərait yaradır. Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli guşələrimizə cəlb etmək məqsədilə mərkəz tərəfindən mütəmadi olaraq məlumatlandırıcı çap məhsulları, suvenirlər, hədiyyələr hazırlanaraq nümayiş olunur. Həmçinin, biz ən yaxın vaxtlarda Bərdə rayonunun turist xəritəsini də hazırlayıb turistlərin istifadəsinə verəcəyik.”

27 sentyabr Ümumdünya Turizm Günü ilə bağlı Bərdə Turizm İnformasiya mərkəzi Bərdə şəhər Elekton kitabxanada dəyirmi masa təşkil edib

Tədbirdə çıxış edənlərdən Bərdə Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Rüstəm İslamlı Azərbaycanda Turizmin tarixindən və onun inkişaf mərhələsindən danışıb.

Bildirilib ki, Azərbaycanda ilk səyahət anlayışı ticarət ,dini,siyasi və dərketmə məqsədli olub.

Sonra o Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə Turizm haqqında imzaladığı Fərmandan bəhs edərək bu Fərmanla turizmin fəaliyyətinin əsaslarının müəyyənləşdirdirildiyini, turizm sahəsində münasibətlərin tənzimləndiyini, turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarının müəyyən edildiyini qeyd edib.

Dəyirmi masa qarşılıqlı müzakirə ətrafında davam edib və müəyyən prioritet istiqamətlər müəyyənləşdirilib.
Bolgexeber.com
Bərdə Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Günü ilə bağlı tədbirlər təşkil edib
Bərdə Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Günü ilə bağlı tədbirlər təşkil edib
Bərdə Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Günü ilə bağlı tədbirlər təşkil edib