BolgeXeber.Com » Mədəniyyət » Azərbaycanın "qara siyahı"sında olan dünya ulduzu öldü (VİDEO)

Azərbaycanın "qara siyahı"sında olan dünya ulduzu öldü (VİDEO)

6-10-2018, 13:47
Oxunub: 3 620 Azərbaycanın "qara siyahı"sında olan dünya ulduzu öldü (VİDEO)Opera sopranolarının ən çox tanınan ifaçılarından biri olan Montserrat Kaballe 85 yaşında dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, sentyabrın ortalarında öd kisəsində yaranan problem səbəbindən Barselonadakı xəstəxanaların birinə yerləşdirilən ifaçı bu gün vəfat edib.

Məşhur sənətçi oktyabrın 8-də dəfn olunacaq.

Qeyd edək ki, ispan müğənnisi M.Kabalye 2013-cü ildə Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanın "arzuolunmaz şəxslər"i siyahısına daxil edilib.