Məşhur aktyor vəfat etdi
26-10-2018, 14:09
Oxunub: 6 908
Rusiyanın məşhur Xalq artisti Nikolay Karaçençov 74 yaşında vəfat edib.
Bu acı xəbəri TASS agentliyinə aktyorun oğlu Andrey Karaçençov verib.
"Bəli, o, bu gün Moskvada yerləşən 62-ci xəstəxananın reanimasiyasında səhər saat 08.50 radələrində vəfat edib", - deyə Andrey bildirib.
Doğum günündən bir gün əvvəl vəfat edən aktyorun ölüm səbəbi haqqında hələ ki məlumat verilmir. Lakin məlumdur ki, oktyabrın əvvəllərində Nikolay Karaçençov ağciyər iltihablanmasından xəstəxanaya yerləşdirilmişdi.
Bundan bir il öncə aktyora ağciyər xərçəngi diaqnozu qoyulmuşdu. O, əvvəlcə Rusiyada bir neçə ay müalicə olunub, sonra isə həyat yoldaşı ilə İsrailə uçub, orada yerli həkimlər öz müsbət nəticələrini verən lazımi müalicə kursu təyin ediblər: Şiş çarpacaq dərəcədə azalıb.
Nikolay Karaçençov son bir neçə ayı vətənində kimyəvi üsulla müalicə kursu keçirdi, həmçinin ağciyər iltihabını azaltmaq üçün güclü antibiotiklər qəbul etməyə məcbur olub.
Aktyorun həyat yoldaşı Lyudmila Porqina agentliyə ərinin ölümündən danışıb: "Hazırda onun vida və dəfn mərasiminin təşkili ilə məşğuluq".
Xatırladaq ki, Karaçençov Rusiyada onlarla filmdə rol alıb. 2005-ci il fevral ayının 25-də o, avtomobil qəzasına düşüb və nəticədə beynindən ağır zədə alıb.
Sovet istehsalı olan bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanan Nikolay Karaçençov “Elektronikin macəraları” filmində oynadığı Uri rolu ilə daha çox tanınır.
mənbə: publika.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər