Bərdə Regional Mədəniyyət İdarəsi konsert proqramı ilə çıxış edib
15-11-2018, 17:42
Oxunub: 8 161
Bərdə Regional Mədəniyyət İdarəsi Şəki Regional Mədəniyyət İdarəsində konsert proqramı ilə çıxış edib.
Mədəniyyətimizin inkişafı, Azərbaycan, o cümlədən Qarabağ mədəniyyətinin tərənnüm edilməsi istiqamətində Bərdə Regional Mədəniyyət İdarəsi mütəmadi olaraq müxtəlif tipli tədbirlər həyat keçirir. Mədəniyyətlər arası mübadilə prosesini daima diqqətdə saxlayan regional idarə bu istiqaməti rəhbər tutaraq Şəki Regional Mədəniyyət İdarəsinin qonağı oldu.
Baş tutan tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi sərgiylə başlanıb. Sərgidə yerli ustaların əl işləri, regionun tarix və mədəniyyətini, turizm potensialını əks etdirən çap məhsulları, hədiyyələr və suvenirlər nümaiş etdirilib.
Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalov tədbir iştirakçılarını və təşrif buyurmuş qonaqları salamlayıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Mirvari Zeynalov onu da qeyd edib ki, respublikada həyata keçirilən mədəniyyət siyasətinin vahidliyini təmin etmək, habelə milli mədəniyyətin təbliği və qorunması naminə birgə əməkdaşlıq göstərmək mədəniyyət işçilərinin üzərinə düşən ən vacib məsələlərdən biridir.
Çıxışdan sonra söz musiqiçilərə verilib. Belə ki, Mingəçevir şəhər “Kür” xalq çalğı alətləri ansamblı bir birindən gözəl musiqi nömrələri səsləndirərək iştirakçıların zövgünə oxşayıb.
İfaçılardan Tərtər şəhər uşaq musiqi məktəbinin müəllimi Müşviq Qurbanovun ifasında Müslüm Maqomayevin “Azərbaycan”, Yevlax şəhər yaradıcılıq evinin bədii rəhbəri Rəşad Hüseynovun ifasında “Yaşa mənim xalqım”, V Respublika Muğam müsabiqəsinin qalibi Misir Məmmədovun ifasında Əlibaba Məmmədov “Baxdın maral kimi”, o cümlədən Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Azad Abışov və şagirdlərinin, Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllimi Müzəffər Şükürovun, Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Yasin Əkbərovun, Tərgül Bərdəlinin, Bərdə rayon Kolayır kənd uşaq musiqi məktəbinin şagirdi Zibər Zamanovanın və Fəxri Mədəniyyət işçiləri olan Reyhan Rəcəbovanın, Sərdar əvəzoğlunun ifaları gurultulu alqışlarla qarşılandı. “Alov” rəqsi ilə çıxış edən Mingəçevir şəhər “Nur” rəqs qrupu isə daha da rəngarənglik qatdı. Təqdim olunan konsert proqramının sonunda Reyhan Rəcəbova, Tərgül Bərdəli, Misir Məmmədov və Yasin Əkbərov birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Sonda Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova göstərilən diqqət və qayğıya görə Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və əməyi keçən hərbir kəsə regional idarə adından dərin təşəkkürlərini çatdırdı.
Bolgexeber.com












Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər