BolgeXeber.Com » Mədəniyyət » Ceki Çan şəxsi həyatı barədə heyrətamiz etiraflar edib

Ceki Çan şəxsi həyatı barədə heyrətamiz etiraflar edib

2-12-2018, 20:21
Oxunub: 4 480 Ceki Çan şəxsi həyatı barədə heyrətamiz etiraflar edibMəşhur Çin və Amerika aktyoru Ceki Çan özünün "Heç vaxt böyümə" ("Never Grow Up") adlı xatirələr kitabında şəxsi həyatı barədə etirafları ilə pərəstişkarlarını şoka salıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, aktyor xüsusən pis ata olduğunu və qadınlarla pis rəftar etdiyini bildirib.

Aktyor öz kitabında spirtli içkilərdən çox istifadə etməsindən, çoxlu sayda əxlaqsız qadınlardan və oğluna qarşı zorakılığından bəhs edib. O, həmçinin etiraf edib ki, tez-tez sərxoş vəziyyətdə sükan arxasına əyləşib və bir dəfə eyni gündə iki bahalı avtomobili vurub.

"Yoxsulluq şəraitində yaşadıqdan sonra pul sənə inam hissi verir. Ətrafımda çoxlu adamların olması xoşuma gəlirdi və hər dəfə böyük məclislərdə yemək yeyirdim. On il bundan əvvəl başqa adamların yeməyinə görə bir ildə iki milyon dollar sərf etdim. Mən dəbdəbəli hədiyyələr: maşınlar, saatlar, əl işi olan dəri gödəkçələr, bahalı şərab verirdim", - deyə Ceki Çan yazıb.

Çan həmçinin ilk sevgilisinə necə dəhşətli rəftar etməsindən bəhs edib. Aktyorun sözlərinə görə, o evə gedəndə qızın da həmin mənzildə olduğunu başa düşərək geri qayıdırmış ki, sevgilisi ilə vaxt keçirməsin.

Bundan əlavə, aktyor paranoy fikirləri ilə pullarını birinci arvadı Joan Lindən necə gizlətməsi barədə də yazıb. Ceki Çan hesab edirmiş, o, qızlara ancaq maddi vəsait üçün lazımdır.

Ceki Çanın sözlərinə görə, bir dəfə o, həyat yoldaşı ilə mübahisə zamanı kiçik oğlu Ceysini başqa otağa atıb. Sonralar aktyor aktrisa, "Asiya gözəli" yarışmasının qalibi olmuş Eleyn Nq-lə görüşərək, həyat yoldaşına xəyanət edib.