Xalq artistindən nazirliyə sərt mesaj: “Ayıbdır! Bunlar niyə belə edir?!”
29-01-2019, 16:32
Oxunub: 5 225
Xalq artisti, Sumqayıt dövlət Musiqili Dram Teatrının sabiq aktyoru Məzahir Süleymanovun 75 yaşı tamam olur
75 yaşlı aktyor AzNews.az-a açıqlamasında doğum günü arzularından danışıb:
“Bu gün telefonum susmur. Çoxlu sayda təbriklər gəlir. Builki kimi məni yada salan olmayıb. Ad günümü evdə ailəmlə qeyd edəcəyəm. Düzü, təmtəraqlı ad günləri keçirməyi sevmirəm. Amma çox istərdim ki, belə bir günümdə məni illərimi səhnəsində keçirdiyim, canla-başla çalışdığım teatr kollektivi, rəhbərliyi yada salardı”.
Məzahir Süleymanov qeyd edib ki, bu yubiley günündə ona Mədəniyyət Nazirliyindən bir zəng belə açan olmayıb:
“Nə nazirlik, nə Teatrlar İttifaqı, nə də Sumqayıt Teatrının rəhbərliyi məni yada salmadı. Mənə qarşı unutqanlıq, laqeyidlik göstərdilər. O boyda teatrın bir “atkritka”ya gücü çatmır? Heç olmasa, çağırıb təbrik edərdilər, mənə bir “atkritka” bağışlayardılar, yaxud bir teleqram vurardılar… Ayıbdır. Bunlar niyə belə edir? Mən onlardan çox umurdum. Bütün gücümü teatra qoymuşam. Sənətçinin yubileyini səhnədə qeyd edərlər. Heyif…”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər