Mehriban Əliyeva Bəhram Bağırzadə ilə görüşdü - Tağıyevin heykəli üçün ərazi seçildi
4-03-2019, 18:18
Oxunub: 6 612
Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə dostluq və səmimi mühitdə görüşü baş tutub.
Bolgexeber.com xəbər verir ki, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi "Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə görüşdə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəl ucaldılması xahişi ilə çıxış edib.
B.Bağırzadə Publika.az-a verdiyi özəl açıqlamada bildirib ki, təxminən yarım saat əvvəl Azərbaycanın birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşüb və irəli sürdüyü təklifin müzakirəsi baş tutub:
"Bir qədər əvvəl ölkənin birinci xanımı və birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşdük. Məsələ çox tez həll olundu. Heydər Əliyev Fondunda qəbulda oldum və məni dinlədilər. Artıq təklifin həyata keçirilməsi üçün iş başlayıb.
Hacı Zeynalabdin Tağıyevin heykəli üçün beş ərazi seçilib və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib. Heykəlin hansı ərazidə ucaldılacağı hələ bəlli deyil, çünki komissiyadan hələ keçməyib. Həmçinin heykəltəraşlar arasında müsabiqə elan olunacaq.
Bu anı çoxdan gözləyirdim. Demək ki, hər bir işin öz vaxtı var, Allah məhz bu günlərdə istədi ki, bu məsələ reallaşsın.
Görüş çox səmimi keçdi və bir çox aktual mövzular müzakirə edildi. Cənab prezident bildirdi ki, belə görüşlər davamlı olacaq. Nəinki mədəniyyət və incəsənət insanları, onun gələcəkdə alimlər, memarlar və sair sənət adamları ilə də görüşü olacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər