Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Günərzi Qayğı Mərkəzində olub-FOTO
15-03-2019, 19:09
Oxunub: 5 568
Elimizin, xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan “Novruz bayramı” münasibətilə Bərdə Regional Mədəniyyət idarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlərə start verilib
Bundan başqa tədbirlər regional idarənin təşkilatçılığı ilə müxtəlif istirahət və əyləncə parklarında, körpələr evlərində, Silahlı qüvvələrimizin “N” nömrəli hərbi hissələrində və digər yerlərdə silsilə tədbirlər şəklində davam etdirilir. Bu istiqamətdə növbəti tədbirlərdən biri də Bərdə rayonu ərazsində yerləşən Bərdə Günərzi Qayğı Mərkəzində baş tutub.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların inkişafına, onların asudə vaxtlarının səmərəli keçirilməsinə, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsinə, yaşayış səviyyəsi aşağı olan ailələrə və uşaqlara dəstək məqsədi daşıyan mərkəzdə uşaqların qavrama, emosional və fiziki inkişafına, əlilliyi olan uşaqların təhsil hüquqlarının reallaşmasına, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərinin inkişafına yardım göstərilir.
Bərdə Regional Mədəniyyət İdarəsi də öz növbəsində sağlamlıq imkanları məhdud uşaqları “Novruz bayramı” münasibətilə təbrik edib və onların mədəni istirahətini yüksəs şəkildə təşkil edib.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova regional idarəsinin fəaliyyət istiqamətlərindən danışıb və bu kimi layihələrin idarə tərəfindən mütəmadi olaraq keçirildiyini diqqətə çatdırıb. O da vurğulanıb ki, sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyi olan insanlara dövlət tərəfindən yüksək qayğı göstərilir və bu cür şəxslərin müdafiəsinə təminat verilir.
Daha sonra konsert proqramına start verilib və yerli incəsənət ustaları tərəfindən bayram əhval-ruhiyyəli musiqi nömrələri ifa edilib.
Tədbirin davamı olaraq uşaqlarla birgə bayram tonqalı alovlandırılıb, “Yallı” rəqsi ifa edilib və “Novruz”un adətlərindən olan yumurta döyüşü keçirilib.
Sonda regional idarə tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlara bayram sovqatı paylanılıb.
Qeyd edə ki, bu tipli tədbirlər regional idarə üzrə Mingəçevir və Yevlax şəhərlərində, o cümlədən Tərtər rayonunda da keçirilməkdədir.
Bolgexeber.com










Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər