BolgeXeber.Com » Mədəniyyət » Bəşir Səfəroğlu adına Xalq Teatrı yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim edib

Bəşir Səfəroğlu adına Xalq Teatrı yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim edib

23-04-2019, 18:20
Oxunub: 14 634 Bəşir Səfəroğlu adına Xalq Teatrı yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim edibYevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim edib

Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrının səhnəsində bu dəfə yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim edilib. Əsərə Yevlax şəhər Xalq Teatrının rəhbəri, respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova və Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev quruluş veriblər. 2 pərdəli səhnə əsərində teatrın aktyorları olan Məsi arvad rolunda Fəridə Həsənova, Leyla rolunda Elnurə Babayeva, Sərfinaz rolunda Kəmalə Qurbanova, Məryəm rolunda Aynur Mustafayeva, Vahid rolunda Teymur Mustafayev, Gənc qız rolunda isə Türkan Əliyeva səhnədə rol alıblar.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Tamaşaya baxışdan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev aktyorların obrazları peşəkarlıqla canlandırdıqlarını bildirərək, yaradıcı heyətin əməyini yüksək qiymətləndirib.

Xalq Teatrının rəhbəri, əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova isə təşrif buyurmuş hər kəsə teatr kollektivi adından təşəkkürlərini çatdırıb və bundan sonra da belə gözəl əsərlərlə tamaşaçıların görüşünə gələcəklərini vurğulayıb.

Qeyd edək ki, Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı 1966- cı ildən dram özfəaliyyət kollektivi, 1977- ci ildən Xalq Teatrı adını almışdır. 1978- ci ildə “Teatr Baharı-78” baxış müsabiqəsinin laueratı olub və 27 kiçik, 1 böyük medalla təltif olunub. Bundan başqa Azərbaycan Teatr Cəmiyyətinin, Mədəniyyət Nazirliyinin və eləcədə rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanlar, Diplomlarla təltif olunub. Teatrın səhnəsində isə indiyə qədər 60-dan çox əsərlərə səhnə həyatı verilib.
Bolgexeber.com