28 May Respublika günü münasibətilə tədbir-konsert təşkil olunub
29-05-2019, 15:56
Oxunub: 5 409
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon nümayəndəliyində 28 May Respublika günü münasibətilə tədbir-konsert təşkil olunub
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti, cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrini yaşatmaqla müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Memarı Ulu Öndər olan müasir Azərbaycan Respublikası isə Xalq Cümhuriyyətinin siyasi varisidir.
Bayram tədbiri Tərtər rayon Uşaq musiqi məktəbinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər