BolgeXeber.Com » Mədəniyyət » Əbu-Dabi dünyanın ən mədəni şəhərləri siyahısında ikincidir

Əbu-Dabi dünyanın ən mədəni şəhərləri siyahısında ikincidir

26-07-2019, 12:25
Əbu-Dabi dünyanın ən mədəni şəhərləri siyahısında ikincidirBirləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi “Skyscanner” biletlərin bron edilməsi internet-portalının araşdırmasının nəticələrinə görə, dünyanın ən mədəni şəhərləri siyahısında ikinci yerdədir.

Bolgexeber.com “Arabian Business” elektron nəşrinə istinadla xəbər verir ki, İtaliyanın Florensiya şəhəri dünyanın ən mədəni şəhəri adlandırılıb. Məşhur Luvr muzeyinin filialı və Şeyx Zayedin Böyük məscidi olan Əbu-Dabi, həmçinin Yaxın Şərqin səyahətçilərin dünya görüşünü genişləndirən ən cazibəli şəhəri sayılıb.

Resursun məlumatına görə, BƏƏ-nin paytaxtında elektron musiqinin populyarlaşdırılması, çoxlu sayda tarıxı və mədəni irsə aid abidələrin mövcudluğu da turistlərin diqqətini cəlb edir.