BolgeXeber.Com » Mədəniyyət » “Yeni Nəfəs” Milli Kino mükafatının qalibinin adı açıqlandı

“Yeni Nəfəs” Milli Kino mükafatının qalibinin adı açıqlandı

30-07-2019, 16:46
Oxunub: 3 492 “Yeni Nəfəs” Milli Kino mükafatının qalibinin adı açıqlandıAzərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis olunmuş "Yeni Nəfəs” Milli Kino mükafatını (1000 manat) təqdim edib.

Bolgexeber.com İttifaqın mətbuat xidmətinə istinadən xəbər verir ki, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə ittifaqın gənc üzvü Fariz Əhmədov bu mükafatına layiq görülüb.

Bundan başqa, ittifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə sənətkarın adına medal və təqaüd, eyni zamanda kinorejissor Rasim Ocaqov adına medal təsis edib. Bununla yanaşı, kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar nəzərdə tutulub.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.