Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
26-08-2019, 13:07
Oxunub: 6 457
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
Bolgexeber.com-un məlumatına görə, bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Bu, xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiq edən daha bir faktdır.
Müstəqillik illərində Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri vardır. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
Ölkəmizdə Beynəlxalq Muğam Mərkəzi inşa olunub. Mərkəz artıq ən mötəbər tədbirlərin məkanına çevrilib. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən Beynəlxalq Muğam festivalları, həmçinin gənc muğam ifaçılarını üzə çıxarmaq üçün təşkil olunan müsabiqələr xüsusi qeyd edilməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər