BolgeXeber.Com » Mədəniyyət » Xalq artisti: "Martdan bəri verilən sərəncamlardan yenə sui-istifadə olunub"

Xalq artisti: "Martdan bəri verilən sərəncamlardan yenə sui-istifadə olunub"

1-10-2019, 11:24
Oxunub: 3 719 Xalq artisti: "Martdan bəri verilən sərəncamlardan yenə sui-istifadə olunub""Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlar var. Martdan bəri verilən sərəncamlardan yenə sui-istifadə olunub. Maaşlarla bağlı faiz söhbətlərində həddindən-ziyadə böyük qeyri-qanuni işlər görülüb. Hələki biz məmurlara bunu tərgidə bilməyəcəyik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D” proqramında deyib.

O söyləyib ki, hazırda incəsənətdə hegemonluq edən insanlar çoxdur:

"Bu mənim ata malımdır, dağıda bilərəm söhbəti olmamalıdır. Çox təəssüf ki, hələ də var. Biz isə buna susmaqla cavab veririk. Öhdəmə düşən vətəndaşlıq borcumu yerinə yetirirəm. Amma başqasına deyə bilmirəm ki, vətəndaş ol, adam ol. Buna mədəniyyətim imkan vermir. Onun şüuru var, özü başa düşməlidir. Ki, onun üçün danışdım, özüm üçün yox”.

A.Bəşirqızı görüşdən sonra baş verənlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib:

"İTV Prezidentlə görüş zamanı dilə gətirdiyim aktyor və ailəsi ilə çəkiliş etmək üçün çox çaba göstərdi. Amma həmin insan dedi ki, istəmirəm gələcəkdə övladlarım faciəmi yaddaşlarına həkk etsin. İndi də çox acınacaqlı vəziyyətdədirlər. Onun həyat dramı ilə çox adamların taleyi həll olundu, ondan başqa...Teatrın problemləri çoxdur. Burada teatrı qanmayan, təsadüfi adamlar var. Prezidentdən xahiş edərdim ki, islahat keçirsin. Görüşdən sonra Prezident kino çəkilişinə 5 milyon manat pul ayırdı, incəsənət xadimlərinin maaşı artdı. Yenə də o pulların çoxu qara pullar kimi ciblərə töküldü. Əgər pul yeyilirsə, hansı kinodan, bədii zövqü oxşayacaq işdən danışmaq olar?”.

Aktrisa bildirib ki, istedadlı gənclər qismən tükənib:

"İstedad Tanrının bəxşidir. Mənə elə gəlir ki, artıq onlar da tükənib. İstedadlı insanlar var, amma onlar teatr məktəbi keçmək istəmirlər, pul məktəbi keçirlər. Son zamanlar şəxslərə maraq artıb, ona görə də teatra gəlirlər. Ətrafımda adları olmayan aktyorlar, amma mən onlardan razıyam”.

Sənətçi mərhum Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrını tərk etməsi ilə bağlı danışıb:

"Fuad Poladov haqsızlığı götürmədi, sözünü deməyi bacaran aktyor idi. Fuad Poladov tüpürdü çıxdı, gərək sözünü deyərdi. Bu, onun uduşu olmadı, ölümü oldu. Fuad Poladova təsir edən hadisə onu qısa zamanda pis xəstəliyə yoluxdurdu və o, vəfat etdi”.

A.Bəşirqızı TV-lərdəki bayağı verilişlərdən gileylənib:

"Həyatdakı artistlərimiz səhnələrdəkindən daha çoxdur. Tamaşaçılarımıza mədəniyyətdən çox, mədəniyyətsizlik təbliğ olunur. Onları qınamamalıyıq.

Kanallar, sosial şəbəkələr mədəniyyətsizliyi təbliğ edir. Hamı bilir ki, hansı kanallarda biabırçılıqlar gedir. Onların adını çəkməkdən qorxmuram. Sadəcə ajiotaj yaratmaq istəmirəm. Nə qədər teatrda olsam da, aktyorlar orada çörək xətrinə çalışırlar. Onlara hörmət əlaməti olaraq susuram. Özünüz də bilirsiniz ki, kanallarda hansı bayağı mövzular, əttökən hallar yaşanır. Belə bir mentalitet heç yerdə yoxdur.

Müğənnilərimiz, aktrisalarımız soyunmağı, məşuqlarının adını, hətta onların titullarını saymağı namusdan, ardan yüksək tuturlar. Günah bunu efirə çıxarandadır. Sabah deyər ki, mən layiqsizəm niyə çağırırsan?”.