BolgeXeber.Com » Mədəniyyət » Mədəniyyət Nazirliyi: Mikayıl Müşfiqin büstünün o formada götürülməsini müsbət qarşılaya bilmərik
Mədəniyyət Nazirliyi: Mikayıl Müşfiqin büstünün o formada götürülməsini müsbət qarşılaya bilmərik
2-10-2019, 16:31
Oxunub: 5 075
Mədəniyyət Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin xatirəsinə ucaldılmış büstün aşırdılmasınamünasibət bildirib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov "Report"un sorğusuna cavab olaraq bildirib ki, Mikayıl Müşfiqin abidəsinin aşırdılmasını əks etdirən videogörüntü və bununla bağlı yayılan məlumatlardan xəbərdardırlar:
"Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində mədəniyyət və istirahət parkında ucaldılan büstlə bağlı sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar dəqiqləşdirilməmiş məlumatlardır. Bu büst qeydiyyatda olan tarixi abidə deyil, sadəcə olaraq, 1990-cı illərdə həmin parkda böyük şairin büstü qoyulub. Bu büst vaxtilə gips və betondan hazırlanıb. Sentyabr ayında Qaradağ Rayon İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinə müraciət edərək həmin parkda əsaslı təmir işlərinin aparılması və bunun üçün orada heç də yaxşı görkəmdə olmayan, təxminən, yararsız vəziyyətdə olan büstün yerinə qranit materialdan yeni və keyfiyyətli büstün hazırlanıb qoyulmasını bildiriblər. Bizim tərəfimizdən də bu müraciətə müsbət cavab verilib. Təbii ki, o büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq videogörüntülərdə əks olunduğu kimi götürülməsi heç də təqdirəlayiq hal deyil. Çünki o büstü oradan başqa formada da götürə bilərdilər. Məsələ burasındadır ki, o büst tarixi abidə statusunda deyil və qeydiyyatı yoxdur. Ona görə də park müasir görkəmdə əsaslı təmir olunduqdan sonra orada böyük şair Mikayıl Müşfiqin adına layiq qranitdən gözəl bir büstü qoyulacaq. Bir daha qeyd edirəm ki, büstün videogörüntülərdə əks olunduğu kimi oradan götürülməsi bizim tərəfimizdən də müsbət qarşılana bilməz”.
Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki parkda şair Mikayıl Müşfiqin abidəsi ekskavatorla aşırdılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər