"Şəxsi həyatımı alt-üst etdi” - Firəngiz Mütəllimova
22-11-2019, 14:51
Oxunub: 5 138
"Anam istəmirdi ki, aktrisa olum. Atam da deyirdi ki, əvvəl Bəhər müəllimin qızı Firəngiz deyirdilər. İndi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu, nədir? Mən şəhərə çıxa bilmirəm. Teatra gəldim ki, qalaq-qalaq məktublar var. Şan-şöhrət mənə çatmırdı”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova AzTV-də yayımlanan "Ağ və qara” layihəsində deyib:
"Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi” deyə, o, "Səni axtarıram” tele-tamaşası haqda peşmanlığını dilə gətirib.
Sənətçi məşhurlaşandan sonra "Gülnar” obrazı ilə şəxsiyyət ikiləşməsi yaşadığını bildirib:
"Gülnar”ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya "Gülnar”ı? Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də”.
O, aparıcı-aktyor Kamran Ağabalayevin "Yenidən "Gülnar” obrazını canlandırardınız” sualına isə belə cavab verib:
"Gülnar”ın indiki halını oynaya bilərəm, amma ovaxtkı halını isə yox. İndiki ağlım olsaydı, "Gülnar”ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım”.
Qeyd edək ki, sözügedən tele-tamaşa 1981-ci ildə yayımlanıb. F.Mütəllimova ekran işində mərhum Xalq artisti Yaşar Nuri ilə baş rolu canlandırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər