BolgeXeber.Com » Mədəniyyət » Kanada "Evdə tək-2" filmindən Trampın rol aldığı səhnəni çıxardı (VİDEO)

Kanada "Evdə tək-2" filmindən Trampın rol aldığı səhnəni çıxardı (VİDEO)

27-12-2019, 14:23
Oxunub: 4 065 Kanada "Evdə tək-2" filmindən Trampın rol aldığı səhnəni çıxardı (VİDEO)"Bu film bir də heç vaxt əvvəlki kimi olmayacaq! (Sadəcə zarafat edirəm)”.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın CBC kanalında yayımlanan "Evdə tək-2" filmindən onun iştirak etdiyi səhnənin çıxarılması ilə bağlı xəbərə münasibət bildirərkən öz Tvitterində yazıb.

Tramp həmçinin zarafatla olsa da, həmin epizodun filmdən çıxarılmasının onunla Kanadanın baş naziri Castin Trudeau arasındakı gərgin münasibətə görə olduğunu irəli sürən bəzi KİV-lərin versiyasını təsdiqləyib. Tramp deyib ki, həqiqətən Castin onu NATO və ticarət üçün pul ödəməyə məcbur etməyini heç xoşlamır.

Qeyd edək ki, kanal beş il əvvəl "qısaldılmış televiziya versiyası üçün” Ağ Evin hazırkı rəhbərinin iştirak etdiyi on saniyəlik səhnəni filmdən çıxarıb.