"Rayonlara qastrola gedəndə onu evinə qonaq aparmaq üçün insanlar növbəyə düzülürdü"
20-04-2020, 16:56
Oxunub: 6 349
Bu gün xalq artisti, Azərbaycan teatrının kraliçası, ölməz sənətkar, bənzərsiz aktrisa Nəsibə Zeynalovanın doğum günüdür.
Əməkdar artist, aktyor Novruz Qartal Yenicag.az-a sevilən sənətkarla bağlı xatirələrini bölüşüb:
“Nəsibə xanım mənim ikinci anam idi, gəncliyim onun evində keçib. Heç vaxt onun yaxşılıqlarını unutmaram. Allah onu Azərbaycan xalqına gülüş kraliçası kimi hədiyyə göndərmişdi. O, istedadlı aktrisa, xanım-xatın qadın, əxlaqı-namusu ilə hörmət qazanan sənətkar idi. Hər aktrisada bütün bu keyfiyyətlər cəm olmur. Bir dəfə də olsun onun barəsində şayiə yayılmadı.
Nəsibə xanımın Azərbaycan dolusu hörməti vardı. Bir əhavalatı misal çəkim. Bir tədbirə getməliydik, xəstə olduğu üçün onu maşınla aparmalı olduq. Tələsirdik deyə maşını sürətlə idarə edən iş yoldaşımız Elxan Əhədzadəni polis saxladı və sənədləri istədi, qayda pozduğunu dedi.
Bir paqonlu şəxs də maşına yaxınlaşdı, elə ağzını açıb, “mən mayor…” deyəndə Nəsibə xanım onu qabaqladı və özünəməxsus şirinliklə “mən də general Zeynalova” dedi.
Nəsibə xanımı görən kimi, kişi çox pis oldu və üzr istədi. Yəni o xanıma hər kəs hörmət edirdi və bütün qapılar üzünə açıq idi. Rayonlara qastrola gedəndə onu evinə qonaq aparmaq üçün insanlar növbəyə düzülürdü. Bu sevgini, hörməti sənəti və şəxsiyyəti ilə qazanmışdı. Nəsibə xanım geniş ürəyə sahib qadın və aktrisa idi. Cavanlara yol açırdı, onlara dəstək olurdu. Yalandan deyirdi ki, xəstəyəm, tamaşada oynaya bilməyəcəm, başqa aktrisa oynasın. Bunu kim edərdi? Öz rolunu başqasına verirdi ki, onlar da tanınsın, irəli getsin. O sənət fədaisi idi. Xoşbəxtəm ki, elə əfsanəvi bir sənətkarla eyni səhnəni bölüşmək mənə də nəsib olub. Nəsibə xanımdan bir də olmayacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər