“Eurovision” şərhçimizin adı açıqlandı
11-05-2020, 18:01
Oxunub: 9 317
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision: Europe Shine A Light" mahnı şousunda şərhçisinin adını açıqlayıb
İTV-dən bildirilib ki, “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq. İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq.
Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.
Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.
Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər