BolgeXeber.Com » Mədəniyyət » Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidənqurmadan sonra istifadəyə verilib

Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidənqurmadan sonra istifadəyə verilib

12-05-2020, 17:30
Son vaxtlar Zərdab rayonunda geniş quruculuq-abadlıq işləri həyata keçirilmişdir. Heydər Əliyev prospekti yenidən qurulmuş, Heydər Əliyev parkının su təminatının yaxşılaşdırılması üçün parka yeni su xətti çəkilmiş, şəhərin küçələrinə asfalt örtük döşənmiş, yeni yaşıllıq zolaqları salınmış, küçələrin işıqlanma sistemi yenidən qurulmuşdur. Heydər Əliyev Fondunun vəsaiti hesabına 120 yerlik körpələr evi-uşaq bağçasının, Gəlmə, İsaqbağı, Məlikumudlu kənd tibb məntəqələrinin tikintisi aparılır. Çallı kəndində yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi başa çatmaq üzrədir. 96 şagird yerlik Sarıqaya kənd modul tipli tam orta məktəbinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bu günlərdə isə Azərbaycan Milli mətbuatının banisi Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidən qurularaq istifadəyə verilmişdir. Smeta dəyəri 360 min manat, ümumi sahəsi 1,1 hektar olan parkda yenidənqurma işlərinə cari ilin yanvar ayında başlanılmışdır.
Müasir memarlıq üslubunda giriş qapısı quraşdırılmış, ümumi sahəsi 200 kv.metr olan, müasir üslubda fontan kompleksi inşa edilmişdir. Zərdabinin heykəlinin postamenti və ətrafı yüksək keyfiyyətli mərmər tavalarla üzlənmişdir.
Parkın ərazisində sahəsi 500 kv.metr olan uşaq əyləncə mərkəzi tikilmiş, ağ lay tavalarla üzlənmiş və müasir metal məhəccərlərlə haşiyələnmiş 280  metr  uzunluğunda hasar inşa edilmişdir. Parkın işıqlanma sistemi yenidən işlənilmiş və 44  ədəd müxtəlif növ müasir işiqlandırıcılar quraşdırılmışdır. Parkda 1200 kv.metr yaşıllıq zolağı yaradılmış , 600 ədəd müxtəlif növ ağac və gül kolları  əkilmişdir. 2 ədəd kölgənəcək, 12 ədəd  dekorativ oturacaqlar və tullantı  qabları quraşdırılmışdır.
Ümumiyyətlə parkın tikintisində 1350 kv.metr mərmərdən, 550 kv.metr tometdən, 500 kv.metr ağ lay tavalardan və digər materiallardan istifadə olunmuş, 300 kv.metr sahəyə asfalt örtük döşənmişdir.