“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılır (SƏRƏNCAM)
8-06-2020, 17:30
Oxunub: 1 800
Prezident İlham Əliyev "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.
Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin edəcək.
Nazirlər Kabinetinə Dövlət Turizm Agentliyi, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiqləmək, "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
"Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm