Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
29-06-2020, 17:50
Oxunub: 6 874
“Azərbaycanda çəkilən seriallarda mövzu kasadlığı var”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkil etdiyi onlayn söhbətdə bildirib.
Onun sözlərinə görə, serialların ssenariləri çox aşağı səviyyədədir və əsasən eyni tipli mövzu üzərində qurulur: “Seriallarda janr müxtəlifliyi yoxdur. Əvvəllər filmlərin ssenariləri Bədii Şuradan keçirilirdi, hər bir kəlməyə diqqətlə fikir verilirdi. Amma indi ssenari yazılan kimi dərhal çəkilir. Tələm-tələsik olanda ekran əsəri yadda qalmır”.
Kinoşünas rejissorları Qarabağ müharibəsi haqqında seriallar çəkməyə çağırıb: “Qarabağ müharibəsi hələ bitməyib və bu, hər bir azərbaycanlı ailənin dərdidir. Bu mövzuda seriallar lentə almaq üçün kifayət qədər sənədlər var”.
A.Kazımzadə Azərbaycan filmlərinin nüfuzlu beynəlxalq festivallarda təmsil olunmaları və müxtəlif mükafatlar almalarını arzu etdiyini deyib: “Bunun üçün ssenarilərə ciddi fikir verilməlidir. Yaxşı ssenarilər irəli çəkilməlidir. Bu məsələni yoluna qoymağa borcluyuq. Azərbaycan tamaşaçıları keyfiyyətli filmlər tələb edirlər. Məsələ həll olunsa, bu həm tamaşaçılar, həm də kinematoqrafçılar üçün yaxşı olacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər