Mikayıl Müşfiqin qalıqlarının axtarışı nə zaman yekunlaşacaq?
22-09-2020, 12:19
Oxunub: 1 008
Repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məqsədi ilə bir neçə müddətdir ki, axtarışlar aparılır.
“Qafqazinfo”ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov açıqlamasında bildirib ki, sümük qalıqları, sümük fraqmentləri bizə təqdim olunur, biz də onları bir-bir yoxlayırıq:
“Bəli, hazırda işlər davam edir. Kriminalistlər müayinə edir, sonra da genetiklər baxırlar. Proses yekunlaşmayıb. Çünki hələ də davamı gəlir. Sümüklər çoxdur, ona görə də hələ tam dəqiq heç nə demək olmur”.
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru əlavə olaraq bildirib ki, digər repressiya qurbanlarının da nümunələri gətirilir:
"Biz bütün bunların ekspertizasını aparırıq. Nə qədər ki, sümüklər təqdim ediləcək yoxlama aparacağıq, ona görə bu proses uzanır".
Qeyd edək ki, Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş vermişdi.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət