Vaqif Mustafayevdən sonra "Space"də bu teleserialın yayımı dayandırıldı
9-02-2021, 14:49
Oxunub: 5 043
"Space" televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan "Amaci" ("Bu zalım dünyada doğulma”) serialının yayımı dayandırılıb.
Bolgexeber.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib.
Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlər səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub.
Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub.
2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, "Amaci" yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib.
Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev "Space" televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006 - 2021-ci illərdə bu vəzifəni icra edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər