BolgeXeber.Com » Mədəniyyət » Bərdədə dekorativ-tətbiqi sənət nümunələrinin onlayn sərgisi və satışı təşkil edilib

Bərdədə dekorativ-tətbiqi sənət nümunələrinin onlayn sərgisi və satışı təşkil edilib

17-03-2021, 15:25
Oxunub: 4 172 Bərdə Regional Mədəniyyət İdarəsi “İlaxır çərşənbəsi” ilə əlaqədar Bərdə rayonunda dekorativ-tətbiqi sənət nümunələrinin onlayn sərgi və satışını təşkil edib
2019-cu il dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (“creative.az”) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panel müzakirəsi keçirilib. Bu mövzuya uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan şəhər və rayonlarda kreativ sənayenin inkişafı ilə bağlı davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu kimi tədbirlərin davamı olaraq regional idarə üzrə Bərdə rayonunda yaradıcı insanların üzə çıxarılması və onların hazırladıqları əl işlərinin satışını həyata keçirilməsi məqsədilə yaradıcı insanların əl işlərindən ibarət onlayn sərgi və satış yarmarkası təşkil olunub. Onlayn sərgi və satış yarmarkasında regional idarənin rəhbərliyi, mədəniyyət işçiləri və digər şəxlər iştirak edib. Çıxış edən regional idarənin rəisi bütün Azərbaycan xalqını, o cümlədən mədəniyyət işçilərini İlaxır çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş və səmimi arzularını çatdırıb. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və bu kimi tədbirlərin davamlı keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq göstərişlər verilib.
Qeyd edək ki, satış yarmarkalarının təşkil olunması yaradıcı insanların bu sahəyə olan maraqlarını daha da artırır və onlar hazırladıqları əl işlərini rahat şəkildə satışını həyata keçirirlər ki, bu da öz növbəsində onların maddi rifahının yüksəldilməsinə xidmət edir.

Bolgexeber.com