Azərbaycanlı şagirdlər İtaliyada keçirilən beynəlxalq müsabiqədə uğurla iştirak edib
25-05-2021, 14:45
Oxunub: 5 328
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi İtaliyada keçirilən beynəlxalq müsabiqədə uğurla iştirak edib.
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən yeniyetmə və gənc istedadların üzə çıxarılması, dəstəklənməsi məqsədi ilə bir sıra layihələr və tədbirlər həyata keçirilir. Sözügedən məsələlərdən biri də Regional İdarənin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin ölkə daxilində və xaricində keçirililən müsabiqələrdə, o cümlədən müxtəlif tipli festivallarda iştirakının təmin edilməsidir. Ölkə ərazisində pandemiya dövrü olmasına baxmayaraq müvafiq karantin qaydalarına əməl olunmaqla şagirdlərin müxtəlif müsabiqə və festivallarda iştirakı təmin edilmiş və bu kimi işlər davamlı olaraq aparılmaqdadır. Bu baxımdan növbəti iştirak regional idarənin tabeliyində fəaliyyət göstərən Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi tərəfindən həyata keçirilib. Belə ki, məktəbin şagirdi Dadaşova Aytac Maarif qızı İtaliyada keçirilən IV “Future Stars” Beynəlxalq onlayn müsabiqədə iştirak edərək 13-14 yaş qrupunda instrumenatal ifaçılıq üzrə I dərəcəli laureat diplomu ilə təltif olunmuşdur.
Sözügedən nailiyyətlər ilə bağlı regional idarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə məktəbin direktoru, müəllimi və müsabiqədə birincilik qazanan şagirdlə görüş keçirib. Görüşdə, həmçinin, regional idarənin aparat işçiləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova və şagirdin valideyni də iştirak edib. Öncə idarə rəisi əldə olunmuş nailiyyətlərdən, ölkə xaricində Azərbaycan mədəniyyətinin təbliğ və tərənnüm edilməsi ilə bağlı görülən işlərdən bəhs edərək bildirib ki, “Bütün bunlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət mədəniyyət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir. Digər tərəfdən, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür və mövcud reallıqlar, nəticələr olduqca yüksək qiymətləndirilir. Qeyd etmək istəyirəm ki, mədəniyyət sahəsinin daha da inkişafında, mədəni irsimizin qorunması və dünyada təbliğ olunmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır”.
Daha sonra regional idarənin rəhbəri idarə üzrə qazanılan uğurlardan bəhs edib, bu barədə mədəniyyət işçilərinin fikirləri dinlənilib. Görüşün sonunda səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə və beynəlxalq tədbirlərdə yüksək şagird hazırlığına görə Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Sultanova Nigar İkram qızına və İtaliyada keçirilan “Future Stars” Beynəlxalq onlayn müsabiqəsində uğurlu iştirakına görə məktəbin şagirdi Dadaşova Aytac Maarif qızına Fəxri Fərman, o cümlədən qiymətli hədiyyələr tədqim olunub.
Qeyd edək ki, məktəbin kollektivi qısa müddət öncə Qazaxıstanda keçirilən digər beynəlxalq müsabiqədə iştirak etmiş və uğurlu istiraka görə məktəb rəhəbərliyinə təşəkkür məktubu ünvanlanmışdır.
Sonda xatirə şəkili çəkilib.
Bolgexeber.com




















Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər