“Ağlayaraq zəng edirdilər ki, orqanlarımızı sizə bağışlayaq”- Ağadadaş Ağayev
1-07-2021, 14:07
Oxunub: 4 232
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənə maddi və mənəvi dəstək olmasaydılar, bu gün burada olmayacaqdım. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm. Xalqımızı çox sevdiyimi bilirdim. Bu hadisələrdən sonra başa düşdüm ki, az sevmişəm. Şərhləri oxuyurdum, gözəl sözlər yazırdılar".
Musavat.com xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev "Günün sədası" proqramında deyib. Türkiyədə üç dəfə əməliyyat olunan və ötən gün Bakıya qayıdan müğənni xəstəliyindən danışıb:
"Bundan sonra aktiv musiqi fəaliyyətinə başlayacam. İnsanların rəyini oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Bilmirdim ki, bizim xalqımız öz sənətkarına bu qədər sevgi bəsləyir. Diaqnozumu bilən kimi özümü Allaha təslim etdim.
Dedim ki, 65 il mənə şan-şöhrət, sevgi vermisən. Dürüst yaşamışam. Xəstəlikdən sonra insanın dünyaya yanaşması fərqli olur. Mən 4 dəfə əməliyyat olundum. Bildim ki, Allah sevgisi olmasa, bu işin içindən çıxmaq mümkün deyil.
Allah insanı xüsusi sevgi ilə yaradır. Allahın mərhəmətindən bizə də pay düşür. Sözlə ifadə etmək olmur, bəzi şeyləri yaşamaq lazımdır.
Həyatımda ilk dəfə bu qədər müddətdə ölkəmdən uzaq düşdüm, üç ay müalicə aldım. İnsanlar mənə zəng edirdilər ki, orqanlarını bağışlasınlar. Telefonda danışarkən ağlayırdılar".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər