Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdindəki teatrda tamaşa təqdim olunub
1-11-2021, 18:04
Oxunub: 4 744
Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən B.Səfəroğlu adına xalq teatrı Ağdaş şəhər Heydər Əliyev Mərkəzində teatr tamaşası ilə çıxış edib.
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən məlumat mübadiləsinin genişləndirilməsi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi və qabaqcıl iş təcrübələrinin bölüşdürülməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu baxımdan növbəti layihə Ağdaş Regional Mədəniyyət İdarəsi ilə birlikdə həyata keçirilib. Layihə çərçivəsində Bərdə Regional Mədəniyyət İdarəsi üzrə aparat işçiləri və Yevlax şəhərində fəaliyyət göstərən B. Səfəroğlu adına xalq teatrının kollektivi Ağdaş şəhər Heydər Əliyev Mərkəzində olublar. Mərkəzlə tanış olduqdan sonra B. Səfəroğlu adına xalq teatrı tərəfindən səhnə əsəri nümayiş etdirilib. Qeyd edək ki, tamaşanın ideya müəllifi Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlovadır. Tamaşada G.Rəhimlinin “Elman və Sənubər” əsərinin motivlərindən istifadə olunub. “Zəfərin mübarək Azərbaycan” adlı səhnə əsərində Vətən müharibəsində Azərbaycan əsgərinin şücaətindən, zəfərlə bitən qələbəmizdən, Azərbaycan ailəsinə məxsus milli-mənəvi dəyərlərdən, o cümlədən ülvi hisslərdən bəhs edilir.
Tamaşadan öncə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov iki regional mədəniyyət idarəsinin həyata keçiridiyi layihənin əhəmiyyətindən, bu kimi layihələrin davamlı olaraq keçirilməsinin vacibliyindən danışıb və hər kəsi təqdim olunan səhnə əsərini izləməyə çağırıb.
Daha sonra Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev tərəfindən tamaşa barədə geniş məlumat verilib və tamaşaya baxış keçirilib. Tamaşa izləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Sonda Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova regional idarə tərəfindən Zəfər günü ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərdən, iki regional idarə arasında baş tutan mədəni mübadilənin və mədəni əlaqələrin önəmindən bəhs edib.
Qeyd edək ki, bu kimi layihələr regional idarə tərəfindən davamlı olaraq keçiriləcəkdir.












Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər