İlham Əliyevdən Vidadi Babanlı ilə bağlı SƏRƏNCAM
8-01-2022, 15:05
Oxunub: 4 560
Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, V.Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində anadan olub.
Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeiridir. İlk şeirləri “Dönüş”, “Təbrizdə bir gecə” poemaları dövri mətbuatda “Vidadi Şıxlı” təxəllüsü ilə çap olunub. “Gəlin” povesti ilə nəsr yaradıcılığına başlayıb.
1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazmağa başlayıb.
Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər “Öz evində qonaq” pyesi tamaşaya qoyulub. Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. “Kişilik haqqında himn” şeirlər toplusu “Xəzər” nəşriyyatında kütləvi tirajla buraxılıb. “Dərd məni dilləndirir” publisistik əsərlər toplusu, “Mənim gizlinlərim” (2002-2003) avtobioqrafik romanı, “Ana intiqamı” (1995) povesti rəğbətlə qarşılanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər