BolgeXeber.Com » Mədəniyyət » Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar

Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar

19-05-2022, 16:22
Oxunub: 6 888 Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvan şəhər Heydər Əliyev Mərkəzində olmuşdur
 17.05.2022-ci il tarixində 18 may Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və rayon MKS-nin 2 saylı kitabxana filialının kollektivi Şirvan şəhər Heydər Əliyev Mərkəzində olmuşlar. Mərkəzin direktoru Fəridə Yahyayeva qonaqları salamladıqdan sonra, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlar haqqında geniş məlumat verilmiş, Ümummilli Liderin mənalı ömür yolundan və titanik fəaliyyətindən bəhs etmiş, dahi rəhbərin qurub-yaratdığı müasir Azərbaycan dövlətinin Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyi və möhkəmləndiyini vurğulamışdır. Ekskursiya zamanı kolleqalar arasında fərqli eksponatlarla bağlı söhbət aparılmış, görüləcək işlər, yaxın zamanda keçiriləcək tədbirlər müzakirə olunmuşdur. Fəridə Yahyayeva və Aytən İmanova başda olmaqla hər iki kollektivin iştirakı ilə Muzeylər günü və dostluq əlaməti olan simvolik tort kəsilmiş, səmimi münasibət çay süfrəsi ətrafında davam etdirilmişdir. Sonra isə Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan şəhər Uşaq Musiqi Məktəbinin birgə təkilatçılığı ilə 18 may-“Beynalxalq Muzeylər günü” və Şuşa ili çərçivəsində “Azərbaycan musiqisinin məbədi – Şuşa” adlı konsert proqramına tamaşa edilmişdir.Tədbirin sonunda kolleqalar Ulu Öndərin büstü və Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkilləri çəkdirmişlər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin kollektivi səmimi münasibət və xoş qarşılamaya görə Şirvan Heydər Əliyev Mərkəzinin kollektivinə təşəkkür edir, dostluq və əməkdaşlığın davamlı olacağına inanır.
 
 Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru