Manat ucuzlaşdı, evlər bahalaşdı
26-03-2015, 09:36
Oxunub: 5 066
"İpoteka ilə ev almaq istəyirdik. Ancaq manat ucuzlaşandan sonra evlərin qiyməti artdı. Fikirləşdik ki, evi alsaq, krediti ödəyə bilmərik, verdiyimiz pul da batar. Pis vəziyyətə düşməmək üçün ev məsələsini təxirə saldıq"
32 yaşlı Sahil Məmmədli ev alıb subaylığın daşını atmaq istəyirmiş. Ancaq manatın ucuzlaşmasından sonra evlərin qiymətinin qalxması onu fikrindən daşındırıb. Ev baha olduğundan evlənməyi bir müddət təxirə salıb.
Əmlak bazarında hazırda evlər dollarla satılır. Ev alqı-satqısı ilə məşğul olan Rəhim Məmmədov "Azadlıq"a deyir ki, əvvəlki qiymətlər də dollara çevrildiyindən 100 min manatlıq ev indi 120 min manat olub.
Rəhim Məmmədov mərkəzdən kənarda - Əhmədli, Yasamal kimi yerlərdə isə evlərin 3-4 min dollar bahalaşdığını deyir: "Bir otaq 40-50 min dollar arasındadır, söhbət hələ "xruşşovka"lardan söhbət gedir. İkiotaqlılar 70 min dollara yaxındır. 3-otaq da 90-92 min dollar arasındadır. Bir ay bundan əvvəlbu qiymətlərdə 3-4 min fərqi vardı".
Ev dəllalı söyləyir ki, əlində pul olanlar ev almaq istəsələr də hələ buna cəsarət etmirlər. Baxıb düşünənlər ev alanlardan daha çoxdur.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı da əmlak bazarında qeyri-müəyyənliyin olduğunu bildirir: "Son dövrlərdə daşınmaz əmlak bazarı ilə bağlı mühüm qərarlar qəbul olundu. Daşınmaz əmlakın vergiyə cəlb olunması, sonra manatın devalvasiyası, inzibati müdaxilələr və s. Bu da təbii ki, daşınmaz əmlaka vəsait yatırmaq istəyən istehlakçılar arasında qeyri-müəyyənliyə gətirib çıxardı. Alıcılar hələ ki, əllərindəki vəsaiti depozit hesabına qoymaq, yaxud daşınmaz əmlak bazarına yatırmaq arasında seçim etməkdədirlər. Hələ ki, konkret qərarlar yoxdur. Bu baxımdan bazarda bir passivlik var. Ancaq qarşıdakı yaxın bir-iki ay ərzində bu qeyri-müəyyənlik yəqin ki, aradan qalxacaq".
Daşınmaz əmlakın qiymətləndirilməsi şirkəti - "NBA Consulting Group"un rəhbəri Nüsrət İbrahimov deyir ki, hazırda əmlak bazarında 70 min manatadək olan evlərə tələbat var. Bu evlərin alıcıları ipoteka krediti ilə ev almaq istəyənlərdir.
Nüsrət İbrahimov da hazırda daşınmaz əmlak bazarının sönük olduğunu deyir: "Satıcılar cəhd edirlər ki, məzənnə kursunun fərqini evin üstünə qoysunlar. Alıcılar da bununla barışmırlar. Ona görə də hər iki tərəf gözləmə mövqeyindədir. Ancaq kim ki köhnə qiymətə satır, onların əmlakları alınır. Ucuz evlərdə artım isə 5-10 faizdir".
Daşınmaz əmlak agentliklərinin rəhbərləri isə yayqabağı vəziyyətin aydınlaşacağına ümid edirlər. Ən çox tələbatınsa 1-2 otaqlı evlərə olacağını deyirlər.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes